CƏMİYYƏT


Böyük Qayıdış: Növbəti püşkatma olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, ərazisi işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin deputatları, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.