CƏMİYYƏT


Böyük Qayıdış: Daha 91 nəfər Zabuxa yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də rayonun Zabux kəndinə növbəti 25 ailə (91 nəfər) yola düşüb.
Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.