CƏMİYYƏT


Hacıqabulda "Toyota Prius" aşdı, iki nəfər öldü

Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki nəfər ölüb və iki nəfər xəsarət alıb. Hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb. 99-DS-748 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, digər ağır yaralı Əliyar Şirəliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.