İQTİSADİYYAT


Bazarda yerli kartofun qiyməti niyə bahadır?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır. Ölkəmizdə ixracın azalması, fermerlərin istehsal etdikləri kartofun yerli bazarlara daha çox çıxarılmasına şərait yarada bilər ki, bu da özlüyündə bazarda kartofun qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər. Bəs hazırda bazarda kartofun qiymətində ucuzlaşma hiss olunurmu?