CƏMİYYƏT


Qızılağac Milli Parkında ilk dəfə “Flaminqo festivalı” keçirilir

Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə "Flaminqo festivalı" keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunur.