SİYASƏT


Fransa insanların haqlarını nədən tanımır?

21-ci əsrdə müstəmləkə siyasəti yürüdən ölkələr mövcuddur. Avropa İttifaqının üzvü Fransa dənizin o tayında olan 13 ölkəni müstəmləkə əsarətində saxlayır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Bakı konfransında bu ərazilərdən gələn insanları dinləyəndə görürsən ki, onlar XVII və XVIII əsrlərdə olduğu kimi, hələ də Fransa müstəmləkəçiliyindən əziyyət çəkdiklərini dilə gətirirlər.