İQTİSADİYYAT


Tariflər azaldı, ərzaq məhsullarının və dərmanların qiyməti ucuzlaşacaq?

Mərkəzi Bank tərəfindən "interchange" tariflərinin azaldılması, nəticədə sahibkarların da xərcinin azalmasına səbəb olacaq. Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə sahibkarların xərclərinin azalması ərzaq və dərman preparatlarının istehsalı və satışında da qiymət baxımından faydalı olacaq. Deputat həmçinin bildirib ki, Mərkəzi Bankın bu qərarı sahibkarlar üçün yeni imkanlar açacaq və qiymətlərin də aşağı düşməsi 2024-cü ildə inflyasiya faizinin də aşağı enməsinə gətirib çıxaracaq.