Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə, Masallı və Lənkəran gimnastları hazırlıq üçün paytaxtımızdadır

22.11.2023 [18:50]

Gəncə, Masallı və Lənkəran Olimpiya İdman Kompleksinin bədii gimnastları Bakıda Milli Gimnastika Arenasında təlim-məşqlərində iştirak edirlər. Regionlardan gələn idmançıların məşqləri noyabrın 25-dək davam edəcək.