İQTİSADİYYAT


Cəlilabadda çiyələk sahələri iki dəfəyədək artırılır

Çiyələkçilik cəlilabadlı istehsalçıların son illər daha çox maraq göstərdiyi sahələrdən biridir. Rayonda müasir becərmə texnologiyasının tətbiqi ilə sahələrin növbəti mövsüm üçün 600 hektaradək artırılması planlaşdırılır. Payız fəslinin əvvəlindən başlanan yeni ştillərin torpağa köçürülmə prosesi də artıq yekunlaşıb.