Bakıda SPECA Rəhbərlər Şurasının 18-ci iclası keçirilir
23.11.2023 [14:49]
Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin Rəhbərlər Şurasının 18-ci iclası keçirilir. Tədbirdə iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.