Qazaxda gül kələmi əkən fermerlər alıcı tapa bilmirlər
23.11.2023 [16:20]
Xəbərin mətni
Qazaxda bir müddətdir ki, gül kələminin yığımına başlanılıb. Fermerlər məhsulu yığımın ilk dövründə yaxşı qiymətə satsalar da, indi alıcı tapa bilmirlər. Az sayda olan alıcı isə məhsulu 35-40 qəpikdən alır. Fermerlər məhsulu aşağı qiymətə də olsa, satmaq fikrindədirlər, ancaq alıcı azdır.
AZƏRTAC xəbər verir ki, hektarlarla sahədə gül kələmi əkən fermerlər alıcı və soyuducu anbar olmadığına görə məhsulu yığa bilmirlər. Kələm isə tez xarab olan məhsuldur deyə, fermerlər əziyyətlərinin hədər gedəcəyini deyirlər.