SİYASƏT


“GÜNÜN MÖVZUSU”: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir

“Günün Mövzusu”nun qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyevdir.
"Amerikada ənənəvi olaraq erməni lobbisindən başqa Ermənistanı həmişə dəstəkləyən iki element, qüvvə var. Birincisi, sağçı xristian qruplarıdır. Onlar üçün Ermənistanın xristian bir ölkə olması yetərlidir. Onların fikrincə, xüsusən də qarşı tərəf müsəlmandırsa, xristianları həmişə dəstəkləmək lazımdır. Bu qrupun Konqresdə yetərli qədər qüvvələri var. İkinci qrup solçulardır. Maraqlıdır, Amerikanın daxilində həmin iki qrup həmişə mübarizə aparır, amma bu məsələdə biz görürük ki, onların mövqeyi yekdildir. Yəni onlar Ermənistanı dəstəkləyirlər. Bəs, solçuların Ermənistanı dəstəkləməsinin səbəbi nədir?"