Gəncədə 3 avtomobil yanıb
27.11.2023 [10:32]
Xəbərin mətni
Gəncədə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub. Yanğın zamanı dayanacaqda olan VAZ markalı iki minik avtomobili və bir “KamAz” yanıb.