CƏMİYYƏT


Gəncədə ağac evin üzərinə aşıb

Gəncədə axşam saatlarından başlanan şiddətli külək bir sira fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək nəticəsində şəhərin Ruzigar Qasımov küçəsində ağac yaşayış evinin üzərinə aşaraq evə ziyan vurub.
Həmçinin, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.