SİYASƏT


Tramp: ABŞ ciddi problem yaşayır və cəhənnəmə düşüb

“ABŞ Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin siyasəti ucbatından ciddi problem yaşayır və cəhənnəmə düşüb.” Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ölkə ciddi bəla içindədir və qələbələrini itirib. ABŞ-ın xarici siyasəti də ürəkaçan deyil. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Esmira Cəfərova deyir ki, ABŞ-ın regionla bağlı planları gələcəyə yönümlü olmalıdır, amma təəssüf ki, hazırda ABŞ Azərbaycana qarşı qeyri-dost addımlar atmaqda davam edir.