CƏMİYYƏT
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var
28.11.2023 [14:31]
Xəbərin mətni
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ 2104" və "Cehvolet" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.