Azərbaycan Dövlət İnformasiya Agentliyi

Susuz qalan kənd

29.11.2023 [20:42]

Xəbərin mətni

Şəmkirin dağ ətəyində yerləşən Hacıalılar kəndində sakinlər uzun illərdir su problemi ilə üz-üzədir. Kəndə bir vaxtlar içməli su xətti çəkilsə də, sakinlərin sevinci elə də çox çəkməyib. Mənbədə su azaldığından onun verilişi dayanıb.
AZƏRTAC xəbər verir ki, bu səbəbdən sakinlər kənddən bir neçə yüz metr aralıda axan zəif sulu bulaqlardan gün ərzində bir neçə dəfə su daşımalı olurlar.