Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 [15:50]
Xəbərin mətni
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun noyabrın 30-da sonuncu panel sessiyası gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatoru ilə keçirilən panel "Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi" mövzusuna həsr olunub.