CƏMİYYƏT


Lənkəranın uzunömürlülük simvolu: Dəmirağacı

Dəmirağacı ağacı cənub bölgəsinin florasının simvollarından biridir. “Qırmızı kitab”a düşən bu ağac, dəmir kimi möhkəm, suda isə batan yeganə ağacdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəmirağacının özünəməxsus spesifik cəhətləri var. Hansı ki, bəzi cəhətləri digər bitkilərdə müşahidə edilmir. Əsasən subtropik və mülayim iqlimə uyğunlaşan bitki, daha çox meşədə, ikinci yarusta bitir. Dəmirağacı III dövrün relik bitkisidir. Ömrü də, başqa bir xəstəlik və ya zədə düşməyibsə, təxminən 200 ilə, hündürlüyü isə 20-25 metrə çatır.