Kredit faizləri artır, manat bahalaşır?
01.12.2023 [18:51]
Mərkəzi Bankın 1 noyabr 2023-cü il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və bəzi ehtiyat normaları artırılıb. İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə Mərkəzi bankın bu qərarı inflyasiyanın aşağı salınmasına hədəflənib. Belə ki, qiymət inflyasiyasının artması səbəbi ilə ölkədə ərzaq qiymətlərinin də artımı artıq bu qərarın qəbul olunmasını vacib etdi.