MƏDƏNİYYƏT


Şuşada Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

Şuşada Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Üzeyir bağında açıq havada təşkil olunan tədbirdə Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin icraçı direktoru Tural Novruzov, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan olan nümayəndələr iştirak ediblər.