SİYASƏT


“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb

Reportajda qeyd olunub: “Bakı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün iştirakçılarını qəbul edib. Tədbir əsnasında liderlər regionun çoxprofilli qlobal qovşağa çevrilməsi məsələsini müzakirə ediblər. SPECA bu il özünün 25 illiyini qeyd edir. Yubiley ilində ilk dəfə SPECA-nın iştirakçı dövlətləri liderlərinin iştirakı ilə Zirvə görüşü təşkil edilib. Bakı görüşünün əsas mövzusu regionun planetin qalan hissəsinə qoşulmaq üçün qlobal logistika mərkəzinə transformasiyası olub”.