CƏMİYYƏT


Gəncədə ölümlə nəticələnən yol qəzası

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində ölüb.