Laçında silah tapılıb
04.12.2023 [14:30]
Xəbərin mətni
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatlar aşkar olunaraq götürülüb.