İDMAN
AZƏRTAC ilin ən aktiv yazılı mediası seçilib
Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini deyib. Nailiyyətlərin ildən-ilə artdığını söyləyən Çingiz Hüseynzadə bunun səbəbinin ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.