CƏMİYYƏT


Daxili işlər naziri Qubada sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 6-da və 7-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Quba rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla anılıb.