İQTİSADİYYAT


Şişirdilmiş otel qiymətləri sona çatır?

Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq. Bəs görəsən yeni qərarın regionlardakı otel qiymətlərinə təsiri necə olacaq? Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə sözügedən qərarın tətbiqi regiondakı otel sahiblərinin öz qiymət siyasətlərinə müəyyən qədər dəyişiklik etməsinə səbəb olacaq.