CƏMİYYƏT


Forum iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə dekabrın 6-da Bakıda işə başlayan “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları Ağdam şəhərinə gəliblər.
Beynəlxalq forumun iştirakçıları Ağdamın Baş Qərvənd kəndi ərazisində mina təmizləmə prosesi ilə tanış olublar.
Qonaqlara Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması, minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə edilməsi barədə də məlumat verilib.