İQTİSADİYYAT


Moskvada Azərbaycanın üzümçülük məhsulları təqdim olunub

Moskvada Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, “Caspian” restoranında təşkil olunmuş tədbirdə Azərbaycanın üzümçülük məhsulları, şərabları, o cümlədən “Savalan” şərabının müxtəlif növləri sərgilənib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq bildirib ki, ölkəmizin Rusiyadakı ticarət nümayəndəliyi artıq 6 ildən çoxdur fəaliyyət göstərir.