İQTİSADİYYAT


Ağdamdakı ayaqqabı fabrikinin istehsal gücü 900 minə çatdırılacaq

“BAFCO İnvest” MMC tərəfindən Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin tikintisinə bu ilin iyun ayında başlanılıb və inşaat işləri 75 faiz yekunlaşıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.