İQTİSADİYYAT


Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb

Ağdam Sənaye Parkının 7 hektar ərazisində “Eos Qrup” MMC-nin qazobeton blok istehsalı zavodunun birinci mərhələsinin inşası yekunlaşıb və son tamamlanma işləri görülür. Şirkət tərəfindən müəssisənin qurulmasına bu günədək (birinci mərhələdə) 2,7 milyon manatdan çox investisiya yatırılıb.
Qazobeton zavodunun direktoru Cavid Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, istehsal gücü birinci mərhələdə illik 120 min kubmetr olacaq müəssisə gələn il istifadəyə veriləcək.