SİYASƏT


Prezident: Daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın

Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in, sadəcə, 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur.