MƏDƏNİYYƏT


Laçında Yeni il yarmarkasına hazırlıq

Laçın şəhərində məskunlaşan əhalinin məşğulluğu, işlə təmin olunması prioritet məsələ olaraq diqqətdə saxlanılır, eyni zamanda Laçında yaşayan xanımların və uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, onların peşə qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində lazımi işlər görülür. Bu məqsədlə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü və dəstəyi ilə Laçında ustad dərslərinin keçirilməsinə start verilib. İlk olaraq dərslərdə xanımlar və uşaqlar iştirak ediblər.