Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda narkotacir saxlanılıb

10.12.2023 [18:06]

Xəbərin mətni

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb.