CƏMİYYƏT


Bakıda maraqlı aksiya - “Böyük Qayıdış arzuları”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib. Aksiya iştirakçılarına kiçikölçülü standart kağız parçalarına ürək sözlərini yazaraq, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub. Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük Zəfər, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, orada aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıdış, ümumən, Azərbaycanın bu günü və sabahı ilə bağlı arzularını yazaraq lövhəyə yapışdırıblar. Lövhənin yanında Azərbaycan Ordusunun dörd hərbçisi fəxri qarovulda dayanıb.