CƏMİYYƏT


Piyada keçidlərindən istifadə etməyən piyadalarla söhbətlər aparılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idarənin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirib. Paytaxtın Sabunçu, Qaradağ, Xətai, Nəsimi, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında təşkil olunan tədbirlər zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.