CƏMİYYƏT


Sahil Babayev: Ulu Öndər Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır

Heydər Əliyevin şəxsiyyəti təkcə Azərbaycan dövlətçiliyinin quruculuğu ilə yox, həm də Azərbaycanın sosial siyasətinin müəyyən olunması ilə yaddaşlarda qalıb. Ulu Öndər Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır. Ümummilli Lider Azərbaycanda məşğulluq münasibətləri, sosial müdafiə, sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.