Zaqatalada çaqqal uşaqlara hücum etdi
12.12.2023 [16:01]
Xəbərin mətni
Ötən gün səhər saatlarında Zaqatalanın Muxax kəndində 2 nömrəli məktəbə dərsə gedən şagird və valideynlərə çaqqal hücum çəkib.
Məktəbin şagirdi Röya Gəncəliyeva AZƏRTAC-a bildirib ki, səhər qardaşı ilə məktəbə gələrkən, çaqqal onların üstünə hücum çəkib. Bu zaman qardaşına, eləcə də daha bir məktəbliyə xəsarət yetirib.