CƏMİYYƏT


Sabirabadda ticarət obyektlərində yanğın baş verib

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Qalağayın kəndi ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən ticarət obyektlərində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Sabirabad və Saatlı rayon yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən texnikaları və canlı qüvvə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.