Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib

14.12.2023 [15:07]

Xəbərin mətni

Dekabrın 14-də Heydər Məscidində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər iştirak ediblər.