SİYASƏT
Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlanır
14.12.2023 [15:40]
Xəbərin mətni
Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır. Yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.