Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə XİN başçısı Türkiyə - Ermənistan münasibətlərindən danışdı

14.12.2023 [16:00]

Azərbaycan və Ermənistan arasında münasibətlərdəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinə də təsir göstərəcək. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.