MƏDƏNİYYƏT


Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda Forum keçirilir

Dekabrın 18-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” mövzusunda Forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunub.
Forumda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, Azərbaycanda mədəni irsin qorunması Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən biri olub.