Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ceyhun Bayramov: Bu gün ölkəmizin qarşında dayanan ən ümdə prioritet işğaldan azad edilmiş ərazilərimizin inkişafıdır

18.12.2023 [16:08]

Xəbərin mətni

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş diplomatiya həftəsi çox önəmli və rəmzi məna daşıyır. Bildiyimiz kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ulu Öndərin həyatı, fəaliyyəti xalqımızın firavanlığına, dövlətçiliyimizin inkişafına həsr olunub. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ümummilli Liderin dəst-xəttinin, işlərinin şahidi olmayaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 18-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Diplomatiya könüllüləri” üçün diplomatiya həftəsinin açılış mərasimində deyib.