SİYASƏT
Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
19.12.2023 [17:03]
Xəbərin mətni
Dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra İlham Əliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.