MƏDƏNİYYƏT


“Mədəni irs” Forumu: Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunun V paneli "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması" mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun moderatorluğu ilə keçirilən paneldə “Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra”, “Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən abidələrin monitorinqi və bununla bağlı çətinliklər”, “Qərbi Azərbaycan ərazisində xalqımızın tarixi və mədəni irsinin qorunması, tədqiqi və mühafizəyə götürülməsinin təmin edilməsi” və “Mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların tətbiqi məsələləri” mövzularında çıxışlar dinlənilib.