MƏDƏNİYYƏT


Özbəkistandakı Beynəlxalq Sənətkarlıq Muzeyində Azərbaycanın milli stendi açılıb

Ümumdünya “Hunarmand” (Əl sənəti) Assosiasiyasının təşəbbüsü ilə Özbəkistanın Kokand şəhərində keçirilən Beynəlxalq Əl Sənəti Festivalı çərçivəsində Beynəlxalq Sənətkarlıq Muzeyinin açılışı olub. Muzeydə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın əl sənətinə aid daimi stend ziyarətçilərin ixtiyarına verilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Fərqanə vilayət hakimiyyətinin rəhbərliyi, Kokand şəhər hakimiyyətinin rəhbəri, dövlət və ictimaiyyət nümayəndələri, ziyalılar, ali məktəb tələbələri və jurnalistlər iştirak ediblər.