Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri: Xankəndidə keçirilən tədbirlər Böyük Qayıdışın reallaşdığını bir daha təsdiqlədi

22.12.2023 [16:15]

Xəbərin mətni

Son 30 ildə ölkəmizin suverenliyi və ərazi bütövlüyü üçün ən böyük maneə olan münaqişə artıq aradan qaldırılıb. Azərbaycan uğurlar qazanmaqda davam edir. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 22-də keçirilən iclasında səsləndirib.