Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuz stadionunda işıq dirəyi aşdı

23.12.2023 [18:13]

Xəbərin mətni

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.
Tovuz klubundan AZƏRTAC-a verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.
Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.