Azərbaycanın zəfər tarixini yazan Lider
24.12.2023 [16:27]
Şanlı zəfərlərin arxasında kəskin ağıl və sonsuz cəsarət dayanır. Tarix boyu bütün güclü ordular öz komandanından güc alıb. Elə Azərbaycan ordusu da öz Ali Baş Komandanını ilk gündən döyüşün içində gördü. Qarabağın azadlığı üçün döyüşlər həm cəbhədə həm masada gedirdi. Hərgün zəfərlər qazanan ordunun komandanına bu güc və qüdrəti soruşanlar isə onun siyasi bilgisi ilə qarşılaşırdılar.
Həmin güc sayəsində artıq 3 ildir ki, Qarabağ və Şərqi Zəngəzurdayıq. Ancaq təkcə buranı azad etməklə kifayətlənməyən lider indi bu yurdu həmdə abad etməyə çalışır. Təkcə son 1 ilə nəzər salsaq onun bu torpaqlara dair xəyalının necə ucsuz bucaqsız olduğunu aydın görərik.